...

Türkiyə hərbçilərinin təxliyə edilməsi 24 və ya 36 saat ərzində tamamlana bilər - İbrahim Kalın

Dünya xəbərləri Materials 26 Avqust 2021 00:43 (UTC +04:00)
Türkiyə hərbçilərinin təxliyə edilməsi 24 və ya 36 saat ərzində tamamlana bilər - İbrahim Kalın

Bakı. Trend:

Türkiyə hərbçilərinin təxliyə edilməsi 24 və ya 36 saat ərzində tamamlana bilər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

İ.Kalın bildirib ki, Türkiyə öz fəaliyyətini Kabul hava limanında davam etdirəcək: "Mülki mütəxəssislərimiz hava limanına öz dəstəyini vərə bilərlər. Bununla bağlı danışıqlar davam edir".

Miqrantlarla bağlı mətbuat katibi bildirib ki, Türkiyə immiqrasiyanın qarşısını almaq üçün diplomatik əlaqələrini davam etdirir:

"Türkiyə immiqrasiya məsələsinə öz töhfəsini verdi. Türkiyə kiminsə mühacirət anbarı deyil. Qanunsuz immiqrasiya ilə mübarizə üçün yeni tədbirlər gördük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti