...

Tesla sahibləri server nasazlığına görə öz avtomobillərinə daxil ola bilməyiblər

Dünya xəbərləri Materials 20 Noyabr 2021 07:34 (UTC +04:00)
Tesla sahibləri server nasazlığına görə öz avtomobillərinə daxil ola bilməyiblər

Bakı. Trend:

Bəzi Tesla markalı elekttrik avtomobillərin sahibləri sosial şəbəkələrdə korporasiyanın serverindəki nasazlıq səbəbindən öz avtomobillərinə daxil olub onu işə sala bilmədiklərindən şikayətləniblər.

Trend xəbər verir ki, Tesla-nın rəhbəri İlon Mask avtomobil sahiblərindən birinin Twitter-də yazdığı mesaja şəxsən cavab verib və problemlərlə bağlı məlumatların yoxlanıldığını bildirib.

Noyabrın əvvəlində Tesla 2017-2021-ci il buraxılışının təxminən 11,7 min Model S, Model 3 və Model X elektrik avtomobillərini, eləcə də 2020-2021 buraxılış Model Y proqram təminatı səhvinə görə geri çağıracağını açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti