...

Nigeriyada ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 26 Dekabr 2021 04:40 (UTC +04:00)
Nigeriyada ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Bakı. Trend:

Nigeriyanın Oqun ştatında iki minik avtomobili toqquşub.

Trend-in məlumatına görə, bunu ölkənin Yol Hərəkəti Təhlükəsizliyi üzrə Federal Xidmətin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Laqos və İbadan şəhərlərini birləşdirən avtomobil yolunda baş verən qəza nəticəsində 6 nəfər həlak olub, 12 nəfər isə xəsarət alıb.

İlkin məlumata əsasən, qəzaya səbəb sürət rejiminə əməl edilməməsi olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti