...

ABŞ-da "Tesla" avtomobillərinə maraq iki dəfəyədək artıb

Dünya xəbərləri Materials 14 Mart 2022 22:07 (UTC +04:00)
ABŞ-da "Tesla" avtomobillərinə maraq iki dəfəyədək artıb

Bakı. Trend:

ABŞ-da "Tesla" elektrik avtomobillərinə maraq artıb.

Trend xarici KİV-ə istinaən xəbər verir ki, ölkənin bəzi regionlarında elektromobillərə tələbat 100 faiz artıb.

ABŞ-ın Rusiyadan neft idxalına qarşı sanksiyaları enerji daşıyıcılarının qiymətlərində görünməmiş artıma səbəb olub. Belə ki, martın 14-ə benzinin bir qallonunun qiyməti (tıxmini 3,8 litr) ştatdan asılı olaraq 4-5 dollara çatır. Keçən ilin göstəriciləri hazırki qiymətlərdən 1-1,5 dollar aşağı olub.

Qiymət artımı fonunda ABŞ sakinləri diqqətlərini elektrik mühərriki ilə təchiz edilmiş "Tesla" avtomobillərinə salmalı olublar.

Bununla belə, analitiklərin bildirdiyinə görə, "Tesla"-nın sifarişlərinin qəfil artması tədarük artımını şərtləndirməyəcək, çünki istehsalçı cari sifarişlərin öhdəsindən belə gələ bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti