...

ABŞ ilk dəfə olaraq təlimlərdə yeni HHM sistemini sınaqdan keçirib

Dünya xəbərləri Materials 28 Mart 2022 03:02 (UTC +04:00)
ABŞ ilk dəfə olaraq təlimlərdə yeni HHM sistemini sınaqdan keçirib

Bakı. Trend:

ABŞ ordusu ilk dəfə olaraq yeni hava hücumundan müdafiə (HHM) sistemini təlim şəraitində sınaqdan keçirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Maneuver Short-Range Air Defense (M-SHORAD) sistemi Estoniyada keçirilən Saber Strike 22 təlimində istifadə olunub.

ABŞ 10-cu Ordusunun Hava və Raket Hücumundan Müdafiə Komandanlığının məlumatına görə, martın 10-da M-SHORAD Finlandiya körfəzi üzərində pilotsuz uçan aparatı simulyasiya edən hədəfi vurub. Manevrlərə dörd prototip M-SHORAD sistemi cəlb edilib.

M-SHORAD yaxın radiuslu hava hücumundan müdafiə sistemi 1989-cu ildən istehsal olunan köhnəlmiş M1097 Avenger sistemlərini əvəz etmək üçün nəzərdə tutulub. Stryker ZTR şassisi əsasənda istehsal edilən texnika hədəflərin axtarışı üçün radar və optik-elektron stansiya ilə təchiz edilib. Silahlanmaya XM914 avtomatik top, pulemyot, Stinger zenit raketləri və AGM-114L Longbow Hellfire tank əleyhinə raketləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti