...

Fransada bu gün prezident seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 10 Aprel 2022 02:15 (UTC +04:00)
Fransada bu gün prezident seçkiləri keçiriləcək

Bakı. Trend:

Fransada bu gün prezident seçkilərinin birinci turu keçiriləcək.

Trend-in Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutuna istinadən verdiyi məlumata görə, seçici siyahılarında 48 milyondan çox fransız qeydə alınıb.

Birinci turda ölkənin ən yüksək dövlət vəzifəsinə on iki namizəddən ikisi müəyyən ediləcək, onlar iki həftədən sonra - aprelin 24-də ikinci turda mübarizəni davam etdirəcəklər.

Seçki məntəqələrinin qapıları Paris vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti