...

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb

Dünya xəbərləri Materials 14 Aprel 2022 15:38 (UTC +04:00)
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin keçirilən növbəti iclasında uçot dərəcəsi açıqlanıb.

Trend-in məlumatına görə, Mərkəzi Bank uçot dərəcəsini dəyişməyərək, 14 faiz səviyyəsində saxlayıb.

Xatırladaq ki, TMB ötən ilin dekabrında Türkiyə lirəsinin kəskin ucuzlaşması fonunda həmin göstəricini 15 faizdən 14 faizədək azaltmışdı.

Hazırda Türkiyə birjalarında ABŞ dolları 14,61 lirəyə alınıb-satılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti