Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 14 silahlısını zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, yaraqlılar İraqın 3 bölgəsində aprelin 18-dən davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib.
Qurum Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini vurğulayıb.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.