...

Ərdoğan və Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər

Dünya xəbərləri Materials 3 İyun 2022 22:01 (UTC +04:00)
Ərdoğan və Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, telefon danışığı zamanı tərəflər Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciətlərini müzakirə ediblər.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin Helsinki və Stokholmun bloka qoşulmaq niyyəti ilə bağlı təhlükəsizlik üzrə narahatlığı ədalətli və hüquqi zəminə əsaslanır.

Türkiyə dövlət başçısı vurğulayıb ki, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları ləğv etmək niyyətində olduqlarını və müttəfiq həmrəyliyinə hazır olduqlarını açıq və aydın şəkildə nümayiş etdirməlidirlər.

NATO-nun baş katibi həmçinin alyansın mühüm müttəfiqi olan Türkiyənin gözləntilərinin qarşılanmasının zəruriliyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti