...

BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvlərinin adları açıqlanıb

Dünya xəbərləri Materials 10 İyun 2022 02:48 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvlərinin adları açıqlanıb

Bakı. Trend:

BMT Baş Assambleyası 2023-2024-cü illər üçün Təhlükəsizlik Şurasının (TŞ) beş qeyri-daimi üzvünü seçib.

Trend "TASS"a istinadla xəbər verir ki, BMT Baş Assambleyasının keçirilən iclasında təşkilatın Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün beş qeyri-daimi üzvü qismində Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiya seçilib.

Bu ölkələr 2022-ci il dekabrın 31-də qeyri-daimi üzv qismində səlahiyyət müddəti bitən Hindistan, İrlandiya, Keniya, Meksika və Norveçi əvəz edəcək.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına daimi üzvlərdən - Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransadan əlavə 2022-2023-cü illər üçün Albaniya, Braziliya, Qabon, Qana və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti