...

İspaniyada meymunçiçəyindən ilk ölüm halı təsdiqlənib

Dünya xəbərləri Materials 30 İyul 2022 08:53 (UTC +04:00)
İspaniyada meymunçiçəyindən ilk ölüm halı təsdiqlənib

Bakı. Trend:

İspaniyanın Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyi xəstəliyindən ilk ölüm halını təsdiq edib.

Trend xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.

Bildirilir ki, hazırı dövrədək İspaniyada 4,3 minə yaxın meymunçiçəyinə yoluxma qeydə alınıb.

"EFE"nin məsləhətləşdiyi ekspertlər iddia edirlər ki, nəzarət və əvvəllər alınmış peyvənd dozaları xəstəliyin yayılmasının qarşısını ala bilməyəcək.

Xatırladaq ki, daha əvvəl Braziliya Səhiyyə Nazirliyi ölkədə sözügedən xəstəlikdən ilk ölüm halını təsdiq etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti