...

"Türk axını" qaz kəmərinin təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya xəbərləri Materials 12 Oktyabr 2022 17:31 (UTC +04:00)
"Türk axını" qaz kəmərinin təhlükəsizlik tədbirləri gücləndirilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan Türkiyəyə təbii qaz nəql edən "Türk axını" qaz xəttinin obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

O, bu tədbirlərlə bağlı hər hansı bir təfərrüat verməyib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyadan Avropaya qaz nəql edən "Şimal axını" boru xəttində partlayış baş vermiş və qaz nəqli dayandırılmışdı.

Bu gün isə "Drujba" neft kəmərinin Polşadan keçən hissəsində sızma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti