Bakı. Trend:
Almaniyanın 4 hava limanında martın 13-də baş tutacaq tətillər səbəbindən həmin günə olan 300 reysin ləğv edilməsinə səbəb olub.
Trend xəbər verir ki, bu barədə şənbə günü "Focus Online" portalı məlumat yayıb.
Tətilə çağırışı "Verdi" ittifaqı edib. Bremen, Hamburq, Hannover hava limanlarında tətillər keçiriləcək. Ən çox reyslər Almaniyanın ən böyük hava limanlarından birində - Berlində ləğv edilib. Burada 200 reys ləğv edilib.
"Verdi" Almaniya daxilində yüzlərlə hava limanının yerdəki işçiləri üçün iş şəraitinin yaxşılaşdırılmasını istəyir.