...

Bayden Ukraynaya əlavə hərbi yardımın ayrıldığını elan edib

Dünya xəbərləri Materials 21 May 2023 11:08 (UTC +04:00)
Bayden Ukraynaya əlavə hərbi yardımın ayrıldığını elan edib

Bakı. Trend:

Mayın 21-də ABŞ prezidenti Co Bayden Yaponiyada keçirilən G7 sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Trend xəbər verir ki, Amerika lideri Kiyevə yeni hərbi yardım paketi təqdim ediləcəyini açıqlayıb.

ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, bu, 2021-ci ilin avqust ayından bəri Müdafiə Nazirliyinin ehtiyatlarından Ukraynaya 38-ci dəfə hərbi texnikanın verilməsidi.

Bildirilir ki, ümumilikdə, Ukrayna 375 milyon dollarlıq texnika ilə təmin ediləcək.

Qeyd edilir ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə Ukraynaya onun döyüş meydanındakı təcili ehtiyaclarını və uzunmüddətli təhlükəsizlik yardımı ehtiyaclarını ödəmək qabiliyyətini təmin etmək üçün işləməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti