Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında Körfəz ölkələrinə səfərə çıxmağı planlaşdırır.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın avqust ayında Bəhreyn, Oman, Küveyt və İraqa səfər edəcəyi gözlənilir.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan “Böyük-20”liyin (“G-20”) sentyabrın 9-10-da Hindistanda keçiriləcək sammitində, sentyabrın 18-19-da isə ABŞ-a səfər edərək BMT Baş Assambeyasının sessiyasında iştirak edəcək.
Bundan başqa, sentyabr ayında onun Almaniyaya səfəri də planlaşdırılıb.
Qeyd edək ki, o, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. BƏƏ-də 50,7 milyard dollar dəyərində 13 müqavilə imzalanıb.