...

Beş ölkə BRICS-in yeni üzvü ola bilər

Dünya xəbərləri Materials 24 Avqust 2023 06:53 (UTC +04:00)
Beş ölkə BRICS-in yeni üzvü ola bilər

Bakı. Trend:

Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı BRICS qrupunun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) yeni üzvləri ola bilər.

Trend-in məlumatına görə, əsas seçim meyarlarından biri coğrafi amil olub ki, bu da qrup daxilində regional tarazlığı təmin etməlidir.

Bundan əlavə, gələcəkdə Braziliya hakimiyyəti İndoneziyanı assosiasiyanın bir hissəsi kimi görmək istərdi, lakin Cakarta hələ BRICS-ə qoşulmağa hazır deyil.

Qeyd edək ki, BRICS sammiti avqustun 22-dən 24-dək Yohannesburqda keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti