...

Qızıl Xaç Komitəsi prezidenti HƏMAS-ın Siyasi Bürosunun rəhbəri ilə görüşüb

Dünya xəbərləri Materials 21 Noyabr 2023 03:29 (UTC +04:00)
Qızıl Xaç Komitəsi prezidenti HƏMAS-ın Siyasi Bürosunun rəhbəri ilə görüşüb

Bakı. Trend:

Noyabrın 20-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Qətərdə Fələstinin "HƏMAS" hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə Humanitar təşkilatın Cenevrədəki qərargahı bildirib. Komitə münaqişənin bütün qurbanlarının müdafiəsinə və girovların dərhal azad edilməsinə çağırıb.

Qeyd olunub, M.Spolyariç münaqişə ilə bağlı humanitar məsələlərə diqqət çəkmək üçün bazar ertəsi Qətərə səfər edib. Bildirilib ki, o, "İsmail Haniyə ilə və ayrıca Qətər səlahiyyətliləri ilə görüşdü".

"BQXK münaqişə qurbanlarının təcili müdafiəsi və Qəzza zolağında fəlakətli humanitar vəziyyətin aradan qaldırılması üçün çağırış etməkdə davam edir", - deyə təşkilat qeyd edib. Məlumatda bildirilib ki, Komitə "girovların dərhal azad edilməsinə qətiyyətlə çağırış edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti