...

Türkiyə ordusu terrorçuların 29 hədəfini məhv edib

Dünya xəbərləri Materials 24 Dekabr 2023 01:43 (UTC +04:00)
Türkiyə ordusu terrorçuların 29 hədəfini məhv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İraqın şimalında və Suriyada terrorçuların hədəflərinə qarşı hava əməliyyatları zamanı 29 hədəf məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, Şimali İraq və Suriyada PKK/KCK və digər terrorçu ünsürləri zərərsizləşdirərək əhaliyə və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının qarşısını almaq və sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraq və Suriyada əməliyyat keçirib.

"Hava əməliyyatları zamanı separatçı terror təşkilatının istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar, neft obyektləri və anbarlar olmaqla ümumilikdə 29 obyekt məhv edilib. Obyektlərdə terrorçuların olduğu ehtimal edilir", - deyə bildirilib.

Nazirlikdən bildirilib ki, əməliyyatlar zamanı mülki əhaliyə, tarixi-mədəni dəyərlərə və ətraf mühitə dəyən ziyanın qarşısının alınması üçün bütün ehtiyat tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti