...

İsrail Misirin təklif etdiyi Qəzzada məskunlaşma planını nəzərdən keçirəcək

Dünya xəbərləri Materials 26 Dekabr 2023 03:27 (UTC +04:00)
İsrail Misirin təklif etdiyi Qəzzada məskunlaşma planını nəzərdən keçirəcək

Bakı. Trend:

İsrailin hərbi kabineti Misirin Fələstin-İsrail münaqişəsinə dair təklif etdiyi sülh planını müzakirə etmək üçün görüşməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Misirin təklif etdiyi planın bəzi müddəaları, o cümlədən HƏMAS hərəkatının nümayəndələrinin Qəzza zolağının keçid hökumətinə daxil edilməsi Təl-Əviv üçün qəbuledilməzdir. Qəzet Qəzzada girovların azad edilməsi üçün danışıqlarda İsrail tərəfindən iştirak edən Gerşon Baskindən sitat gətirir: “Bu razılaşma HƏMAS-ın qələbəsi kimi görünür və israillilərin bununla razılaşacağını təsəvvür etmək mənim üçün çox çətindir”.

Daha əvvəl “Reuters” xəbər vermişdi ki, Misir Qəzza zolağında radikallar tərəfindən saxlanılan çoxlu sayda girovun azad edilməsi müqabilində atəşkəsi nəzərdə tutan nizamlanma variantını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti