...

Qonşu dövlətdə eyni anda üç virusun epidemiyası yayılıb

Dünya xəbərləri Materials 9 Yanvar 2024 20:47 (UTC +04:00)
Qonşu dövlətdə eyni anda üç virusun epidemiyası yayılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada tridemiya başlayıb. Hazırkı vəziyyətdə söhbət koronavirus, kəskin respirator virus infeksiyaları (KRVİ) və qripdən gedir.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor” (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) və Smorodintsev adına Qrip Elmi-Tədqiqat İnstitutunun məlumatlarında bildirilib.

Mütəxəssislərin sözlərinə görə, eyni anda üç infeksiyaya yoluxmaq mümkündür, lakin bu, çox nadir hallarda olur, ardıcıl yoluxma ehtimalı daha yüksəkdir.

Hazırda ölkədə bu viruslar arasında “A” qripi (H3N2/Honkonq qripi də deyilir) daha geniş yayılıb.

Qeyd olunub ki, hazırda yoluxma səviyyəsi normadan 83 faiz çoxdur və artmağa davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti