...

Tramp prezident seçildikdən sonra Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib

Dünya xəbərləri Materials 21 Yanvar 2024 08:40 (UTC +04:00)
Tramp prezident seçildikdən sonra Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Keçmiş Amerika lideri Donald Tramp söz verib ki, payızda keçiriləcək prezident seçkilərində qalib gəlsə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacaq.

Trend TASS-a istinadla bildirir ki, o, bu barədə yanvarın 20-də Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Mən vəzifəyə başlamazdan əvvəl Rusiya və Ukrayna arasında olan bu dəhşətli müharibəni həll edəcəyəm”,- deyə o, bildirib.

Eyni zamanda, Tramp sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ona nə qədər vaxt lazım olduğunu açıqlamayıb, həmçinin münaqişəni dəqiq necə həll etmək niyyətində olduğunu da söyləməyib.

Keçmiş Amerika lideri bəyan edib ki, yenidən seçilərsə Ukraynadakı münaqişəni 24 saat ərzində həll etmək niyyətindədir.

ABŞ-da növbəti prezident seçkiləri noyabrda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti