...

Livan Böyük Britaniyaya nota verdi

Dünya xəbərləri Materials 6 Fevral 2024 19:19 (UTC +04:00)
Livan Böyük Britaniyaya nota verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Livanın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın xarici işlər naziri Devid Kameronun Beyruta səfərinə etirazını bildirib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Livanın xarici işlər və miqrasiya naziri səlahiyyətlərinin icra edən Abdalla Habib krallığın Beyrutdakı səfir Xemiş Kouelli nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.

Buna səbəb Devid Kameronun Livan Xarici İşlər Nazirliyini ziyarət etməməsi göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti