...

Putin ordu barədə yalan məlumat yaymağa görə əmlakın müsadirəsini nəzərdə tutan qanunu imzalayıb

Dünya xəbərləri Materials 14 Fevral 2024 13:42 (UTC +04:00)
Putin ordu barədə yalan məlumat yaymağa görə əmlakın müsadirəsini nəzərdə tutan qanunu imzalayıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Rusiya ordusu barədə yalan məlumat yaymağa və dövlət təhlükəsizliyinin əlayhinə cinayət törətməyə görə əmlakın müsadirəsini nəzərdə tutan qanunu imzalayıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, sənəd Rusiya Federasiyasının hüquqi aktlarının rəsmi portalında dərc olunub.

Sənəddə qeyd olunub ki, müvafiq cinayətdə ittiham olunan şəxslərin bütün pul vəsaiti, qiymətli əşyaları və ya digər mülkiyyəti deyil, yalnız cinayətin törədilməsi nəticəsində əldə olunmuş və ya Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə istifadə olunmuş mülkiyyəti müsadirə olunacaq.

Xatırladaq ki, Rusiyada bir sıra cinayətlərə görə, xüsusən Rusiya ordusu haqqında yalan məlumata görə əmlakın müsadirəsini və fəxri adlardan məhrum etməni nəzərdə tutan qanun layihəsi bu ilin yanvar ayında Dövlət Dumasına daxil olub.

Fevral ayının 8-də qanun layihəsi imzalanması üçün Vladimir Putinə təqdim olunub.

Qeyd edək ki, qanun rəsmi dərc olunduqdan 10 gün sonra qüvvəyə minir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti