...

Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketi fevralın 24-dək qəbul edilə bilər

Dünya xəbərləri Materials 19 Fevral 2024 23:06 (UTC +04:00)
Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketi fevralın 24-dək qəbul edilə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) beynəlxalq münasibətlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell 13-cü anti-Rusiya sanksiyalar paketinin fevralın 24-dək təsdiqi edilməsini gözləyir.

Trend-in məlumatına görə, bu barədə J.Borrell Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Biz 13-cü sanksiyalar paketini müzakirə etdik. Ümid edirəm ki, fevralın 24-nə kimi qəbul ediləcək", - deyə o bildirib.

Qeyd edək ki, Aİ 13-cü anti-Rusiya sanksiyalar paketini hazırlayır. "EU Observer" portalının məlumatına əsasən, ona 193 fiziki və hüquqi şəxs daxil ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti