...

Çempionlar Liqasında cavab oyunlarına start verilib

İdman Materials 8 May 2024 11:30 (UTC +04:00)

Bakı. Trend:

Çempionlar Liqasında 1/2 final mərhələsinin cavab oyunlarına start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS mərhələnin ilk oyun günündə baş tutan PSJ – “Borussiya” (Dortmund) qarşılaşması ilə bağlı statistik hesabat hazırlayıb.

35 yaş 143 günlüyündə fərqlənən Mats Hummels Çempionlar Liqasının pley-off mərhələlərində qol vuran ən yaşlı almaniyalı olub.

Hummels Çempionlar Liqası tarixində yarımfinalda qol vuran 3-cü ən yaşlı oyunçudur. Rayan Qiqqz 37 yaş 148, Edin Dzeko 37 yaş 54 günlüyündə rəqib qapısına yol tapıb.

Mats “Borussiya”nın heyətində Çempionlar Liqasında qol vuran ikinci “qocadır”. Lukaş Pişek 35 yaş 188 günlüyündə buna nail olub.

Start heyətinin orta yaşı 24 il 157 günə bərabər olan PSJ Çempionlar Liqasının yarımfinallarında son 15 ilin ən gəncidir. 2009-cu ilin mayında “Arsenal” 24 yaş 26 günlük start heyəti ilə “Mançester Yunayted” önünə çıxıb.

PSJ matç ərzində 31 zərbə endirib. XXI əsrdə üçüncü dəfə Çempionlar Liqası matçında 30-dan çox zərbə vuran komanda qola həsrət qalır. 2003-cü ildə “Milan” 31, 2012-ci ildə “Braqa” 35 zərbə vurduğu görüşdən qolsuz ayrılıb.

Paris klubu 2016-cl ildən sonra Çempionlar Liqasının eyni oyununda 4 dəfə dirək və ya tirə tuş gələn yeganə komandadır. Onlar topu iki dəfə dirək, iki dəfə tirə vurub. “Benfika” 2016-cı ilin noyabrında “Beşiktaş”la matçda belə halla üzləşib.

PSJ pley-off matçında tir və dirəyi 4 dəfə nişan alan yeganə komandadır.

Parislilər “Borussiya” ilə yarımfinal matçlarında 6 dəfə dirək və tirə tuş gəlməklə iki oyunluq duellərin rekorduna imza atıb.

Fransa klubu mövsümdə 14 dəfə topu dirək və ya tirə vurmaqla da rekordçu olub.

Qeyd edək ki, Almaniya klubu ilk görüşdəki kimi 1:0 hesablı qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti