...

Yanvar-aprel aylarında Türkiyənin Özbəkistana elektrik avadanlıqları ixracı 40 milyon dolları ötüb

Dünya xəbərləri Materials 8 May 2024 11:21 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar- aprel aylarında Türkiyənin Özbəkistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq, 42,6 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Özbəkistana 14,8 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 1,3 dəfə çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq 5,2 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 1,3 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində ( aprel 2023- aprel 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti