...

ABŞ İsrailə silah göndərilməsini təxirə salır - KİV

Dünya xəbərləri Materials 8 May 2024 11:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Administrasiyasının yüksək rütbəli nümayəndəsi Birləşmiş Ştatların İsrailə silah tədarükünü gecikdirməsi barədə yayılan məlumatları təsdiqləyib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

O bəyan edib ki, Vaşinqtonun Rəfahda əməliyyata etiraz etdiyini, Yərusəlimə nümayiş etdirmək məqsədilə bombaların göndərilməsi dayandırılıb.

"İsrail üçün nəzərdə tutulmuş döyüş sursatı partiyasına həmçinin, 900 kq çəkidə 1800 ədəd bomba və 225 kq çəkidə 1700 ədəd bomba daxildir", - o əlavə edib.

Lakin ABŞ-də İsrailin bu ağır bombaları yerli əhalidən başqa digər təhlükəli rayonlardan qaçqın düşmüş yüz minlərə fələstinlinin yaşadığı Rəfahın sıx yaşayış yerlərinə qarşı istifadə edəcəyindən ehtiyat edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti