...

Bu ölkə uçan avtomobillərin istehsalına başlayıb

Dünya xəbərləri Materials 8 Mart 2024 13:37 (UTC +04:00)
Bu ölkə uçan avtomobillərin istehsalına başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Skydrive” şirkəti Yaponiyada “Suzuki” zavodunda “SD-05” (eVTOL) uçan avtomobilinin istehsalına başlandığını açıqlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, İvata şəhərində yerləşən müəssisənin istehsal gücü ildə 100 ədəd uçan maşın təşkil edir.

Salonda üç oturacağı olan “Skydrive SD-05” avtomobili 12 elektrik mühərriki ilə təchiz olunub və şaquli uçuş və eniş həyata keçirmək qabiliyyətinə malikdir. Onun maksimal sürəti saatda 100 kilometr, uçuş məsafəsi isə 15 kilometrdir.

2029-cu ilədək uçuş məsafəsinin 30 kilometrə çatdırılması, 2031-ci ilədək isə avtomobilin avtonom idarəetmə sistemi ilə təchizatı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti