...

“Mançester Yunayted” darmadağın olub

İdman Materials 7 May 2024 01:17 (UTC +04:00)

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 35-ci turu bir oyunla sona çatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” səfərdə böyük hesabla uduzub.

“Kristal Pelas”la görüşdə “qırmızı şeytanlar” qapısından 4 cavabsız top buraxıblar. Mikael Olise dubl edərək, qələbənin qazanılmasında böyük pay sahibi olub.

Bu məğlubiyyətdən sonra “Mançester Yunayted” 54 xalla 8-ci pillədə yer alıb. Son 5 oyunda 13 xal “Kristal Pelas” isə 14-cüdür.

İngiltərə Premyer Liqası
35-ci tur

“Kristal Pelas” – “Mançester Yunayted” – 4:0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti