...

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

Cəmiyyət Materials 7 May 2024 09:39 (UTC +04:00)
AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

7 may 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir.

Trend xəbər verir ki, təklif yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 3 iyun–5 sentyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Bakıdan Dubaya aviabiletlərin qiyməti
Bir tərəfə:
* Gecə reysləri – 88 avrodan
* Səhər reysləri – 108 avrodan
Gediş-dönüş:
* Gecə reysləri – 168 avrodan
* Səhər reysləri – 208 avrodan

Dubaydan Bakıya aviabiletlərin qiyməti
Bir tərəfə:
* Gecə reysləri – 348 dirhəmdən
* Səhər reysləri – 428 dirhəmdən
Gediş-dönüş:
* Gecə reysləri – 666 dirhəmdən
* Səhər reysləri – 828 dirhəmdən

Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Təklifdən yararlanaraq xüsusi qiymətlərlə Dubaya bilet almaq və macəra dolu yay tətili keçirmək fürsətini qaçırmayın!

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti