Bakı. Trend:
Devid Moyes mövsümün sonunda “Vest Hem”i tərk edəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, London klubu bu barədə açıqlama yayıb.
Şotlandiyalı mütəxəssis 2019-cu ildən komandaya başçılıq edib. “Çəkiçdöyənlər” Moyesin rəhbərliyi ilə 2022/2023 mövsümündə Konfrans Liqasının qalibi olub. “Vest Hem” Premyer Liqada 36 turdan sonra 49 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti mövsümdə “Vest Hem”ə ispaniyalı mütəxəssis Xulen Lopeteginin başçılıq edəcəyi xəbərləri yayılıb.