...

Ərdoğan və HƏMAS Siyasi Bürosunun rəhbəri Qəzzadakı münaqişəni müzakirə ediblər

Dünya xəbərləri Materials 6 May 2024 23:12 (UTC +04:00)
Ərdoğan və HƏMAS Siyasi Bürosunun rəhbəri Qəzzadakı münaqişəni müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə arasında telefon danışığı olub.

Trend xəbər verir ki, danışıq zamanı Qəzzadakı münaqişənin aradan qaldırılması istiqamətində görülən işlər müzakirə edilib.

“HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığımız olub. Danışıqlar zamanı biz Qəzzada münaqişə və zorakılığa son qoymaq səylərini müzakirə etdik. Vasitəçilərdən alınan atəşkəs təklifini HƏMAS-ın bəyənməsini qiymətləndirdik. Danışıqlar zamanı HƏMAS-ın Türkiyənin təkliflərini nəzərə alaraq qəbul etdiyi qərarı müsbət qarşıladığımızı bildirdim və İsrailin də daimi atəşkəs üçün addımlar atmalı olduğunu vurğuladım”, - Ərdoğan “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, bu gün HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinə Qəzza zolağında təklif etdikləri atəşkəs sazişi layihəsini təsdiqlədiyi barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti