Bakı. Trend:
Fransada antisemitizm hadisələrinin sayı cari ilin birinci rübündə artıb.
Trend xəbər verir ki, bunu Baş nazir Qabriel Attal Fransa Yəhudi Təşkilatları Şurasının iclasında deyib.
"Bu ilin ilk üç ayında Fransada 366 antisemitizm hadisəsi qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur", - deyə Baş nazir vurğulayıb.
Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, Fransada yəhudilər əhalinin təxminən 1 faizini təşkil edir, lakin dini dözümsüzlük hallarının 60 faizi antisemitizm aktlarıdır.