...

“Union Berlin” Byelitsanı istefaya göndərib

İdman Materials 7 May 2024 05:26 (UTC +04:00)

Bakı. Trend:

Almaniya Bundesliqasında “Union Berlin” Nenad Byelitsanı istefaya göndərib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis uğursuz nəticələrdən sonra qovulub.

Berlin klubu son 6 oyunda cəmi 2 xal toplayıb. 30 xalla 15-ci pillədə qərarlaşan “Union Berlin”i düşmə zonasından 1 xal ayırır. Son 2 turda komandaya Marko Qrote rəhbərlik edəcək.

Qeyd edək ki, Byelitsa “Union Berlin”ə ötən ilin noyabrından başçılıq edib. O, mövsümə "Trabzonspor"un baş məşqçisi kimi başlasa da, qısa müddətdən sonra komandadan uzaqlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti