...

Muxtar Babayev və Rusiya baş nazirinin müavini COP29-a hazırlığı müzakirə ediblər

Siyasət Materials 6 May 2024 23:59 (UTC +04:00)
Muxtar Babayev və Rusiya baş nazirinin müavini COP29-a hazırlığı müzakirə ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Moskvada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.

"Danışıqlarda iki ölkənin ekoloji əməkdaşlığının aktual məsələləri və Rusiya nümayəndə heyətinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ilin noyabrında Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan 29-cu sessiyasında iştirakına hazırlıq nəzərdən keçirilib", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti