...

Yük gəmisi Bosfor boğazında saya oturub

Dünya xəbərləri Materials 7 May 2024 09:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynadan Misirə yollanan “Alexis” yük gəmisi Bosfor boğazında saya oturub.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Departamenti məlumat yayıb.

Məlumata görə, nəticədə hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

“229 metrlik gəmi Haydarpaşa yaxınlığında mühərrik nasazlığı səbəbindən saya oturub”, - deyə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti