...

Ekvador zülmətə qərq olub: əhali susuz, nəqliyyat iflic vəziyyətdə qalıb

Dünya xəbərləri Materials 20 İyun 2024 11:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ekvador tamamilə zülmətə qərq olub, ölkənin hər yerində elektrik enerjisinin kəsilməsi qeydə alınıb.

Trend bu barədə ölkənin yerli KİV-ləırinə istinadfən xəbər verir.

Məlumata görə, buna səbəb elektrik xətlərində baş verən nasazlıqdır.

Paytaxt Kitoda metro işləmir. Həmçinin, işıqforların işləməməsi şəhərdə nəqliyyat sıxlığına səbəb olub. Ölkədə internet xidmətlərində fasilələr müşahidə olunur.

Qeyd edək ki, Ekvador bir neçə aydır, enerji sahəsində ağır böhran yaşayır. Quraqlıq səbəbindən su elektrik stansiyalarının işləməməsi və Kolumbiyadan elektrik enerjisi tədarükünün dayandırılması vəziyyəti daha da ağırlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti