...

Türkiyə Mərkəzi Bankının lirə ilə bağlı qərarı açıqlandı

Dünya xəbərləri Materials 27 İyun 2024 20:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Mərkəzi Bankının lirə ilə bağlı yeni qərarı bu gün keçirilən iclasda açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Belə ki, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 50% səviyyəsində sabit saxlamaq barədə qərar qəbul edib.

Qeyd olunub ki, aylıq inflyasiyanın əsas tendensiyasıdan zəifləmə may ayında müvəqqəti olaraq dayanıb. Digər tərəfdən, Türkiyə Mərkəzi Bankı likvidlik dinamikasının yaxından izləndiyini və lazım gələrsə, sterilizasiya vasitələrinin şaxələndiriləcəyini bildirib.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının növbəti iclası iyulun 23-də keçiriləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti