...

İsrail ordusu Livanın cənubundakı "Hizbullah" hədəflərinə zərbələr endirib

Dünya xəbərləri Materials 29 İyun 2024 05:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusunun aviasiyası Livanın cənubundakı bir sıra "Hizbullah" hədəflərinə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti öz "Telegram" kanalında bildirib.

"Son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah"ın çoxsaylı hədəflərinə zərbələr endirib", - deyə bildirilib.

Qeyd olunub ki, zərbələrin hədəfi “Zibkin bölgəsindəki hərbi obyekt, Xiam və Xula bölgələrindəki iki əməliyyat infrastrukturu və Odayse bölgəsindəki hərbi obyekt” olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti