...

FIDE prezidenti Bakıya gəldi

İdman Materials 29 İyun 2024 12:25 (UTC +04:00)
FIDE prezidenti Bakıya gəldi

Bakı. Trend:

Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç Bakıya gəlib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ali şahmat qurumunun rəhbəri bu gün "Baku Open 2024" Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak edəcək.

12 ölkədən 328 şahmatçının iştirak edəcəyi beynəlxalq turnirin açılış mərasimi bu gün saat 14-30da başlayacaq. Qeyd edək ki, yarış Bakı İdman Sarayında keçirilir.

Xəbər lenti

Xəbər lenti