...

Tərtərdə iki maşın toqquşdu - Yaralılar var

Hadisə Materials 29 İyun 2024 14:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tərtərdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayonunun Qaynaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü Məmmədov Emin Hümbət oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomobil Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Qocayev İlkin Bəhmən oğlunun idarə etdiyi BMW markalı avtomibillə toqquşub, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti