Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri, TUSAŞ-da baş vermiş terror hücumundan sonra İraq və Suriyada PKK-nın hədəflərinə zərbələr endirir.
Trend-in Türkiyə müxbirinin verdiyi məlumata görə, təhlükəsizlik mənbələri yerli mətbuata bu barədə məlumat verib.
Türkiyə Milli Müdafiə Nazirliyinin əməliyyatla bağlı açıqlamasında deyilir:
“İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatları həyata keçirilib. 32 hədəf müvəffəqiyyətlə məhv edilib. Hava əməliyyatlarımız qətiyyətlə davam edir.”
Açıqlamada, Türkiyənin bu əməliyyatı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququndan istifadə edərək, PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirmək məqsədilə başladığı bildirilir. Bu əməliyyatlar ölkəyə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədini güdür.