...

Zaporojye AES-də reaktorların birində kiçik su sızması aşkar edilib

Dünya xəbərləri Materials 1 Noyabr 2024 01:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AEBA, Zaporojye Atom Elektrik Stansiyasının reaktorlarından birində kiçik su sızması aşkar edildiyini və təmir işlərinin aparıldığını bildirib.

Trend-in məlumatına görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) saytında məlumat verilib.

BAEA-nın rəhbəri Rafael Qrossinin yazılı açıqlamasında deyilir: “Agentlik bu məsələni yaxından izləməyə davam edəcək, baxmayaraq ki, biz nüvə təhlükəsizliyinə dərhal təhlükə görmürük. Ümumiyyətlə, biz müəyyən etdik ki, münaqişə zamanı Zaporojye AES-in davamlı təhlükəsizliyini təmin edən avadanlığa müntəzəm qulluq etmək çətindir.”

Stansiyada olan AEBA ekspertlərinə məlumat verilib ki, qaynaq işləri başa çatıb və qaynaq tikişlərinin radioqrafik sınaqları aparılır.

Xəbər lenti

Xəbər lenti