Bakı. Trend:
İspaniyanın bir neçə bölgəsində güclü yağış və külək səbəbindən maksimum təhlükə səviyyəsi elan olunub.
Trend-in verdiyi məlumata görə, bu barədə İspaniya Meteorologiya Agentliyinin saytında məlumat yayılıb.
Qırmızı, yəni maksimum təhlükə səviyyəsi Kataloniya və Əndəlüsdə tətbiq edilib. Agentlik bildirib ki, leysan yağışları bu bölgələrdə həddindən artıq təhlükə yaradır.
Xüsusilə, qırmızı təhlükə səviyyəsi 12 saat ərzində təxminən 120 mm yağıntının düşə biləcəyini göstərir. Bu vəziyyət, sakinlər üçün böyük risklər yarada bilər.