Bakı. Trend:
Dekabr ayına qədər Belarus Silahlı Qüvvələri, ölkədə hazırlanmış və “Starlink”in analoqu adlandırılan mobil rabitə dəstini alacaq.
Trend-in məlumatına görə, bu barədə Belarus Silahlı Qüvvələrinin rabitə rəisi Vadim Romaniv "Belarus 1" telekanalında danışıb.
Romaniv bildirib ki, kəşf Belarus prezidentinə ötən il təqdim edilib və bu il onlar bu dəsti demək olar ki, mükəmməl şəkildə inkişaf etdirərək, keyfiyyətini və göstərilən xidmətlərin sayını artırıblar.
Rabitə rəisi əlavə edib ki, dekabr ayında başlayacaq yeni tədris ili başlamazdan əvvəl Belarus Silahlı Qüvvələrinə yeni rabitə dəsti veriləcək.