...

Səudiyyə Ərəbistanı İran və ABŞ ilə əlaqələri gücləndirmək istiqamətində yeni təşəbbüslər irəli sürür

Dünya xəbərləri Materials 29 Noyabr 2024 21:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, İranla iqtisadi əlaqələri genişləndirmək və ABŞ-la münasibətləri möhkəmləndirmək üçün yeni addımlar atır.

Trend-in Bloomberg-ə istinadən verdiyi məlumata görə, vəliəhd şahzadə İranla ticarəti artırmağı, xüsusilə ərzaq və tibbi ləvazimatların mübadiləsini təklif edib.

Bu təklifin əsas məqsədi, Tehran tərəfindən dəstəklənən regional proxy qruplara yardımı azaltmaqla bölgədə gərginliyin azaldılmasına nail olmaqdır. Həmçinin, bu təşəbbüs “Vizyon 2030” iqtisadi proqramının həyata keçirilməsi üçün bölgədə tələb olunan sabitliyi təmin etməyə yönəlib.

Paralel olaraq, noyabr ayında Səudiyyə Ərəbistanı milli təhlükəsizlik üzrə müşaviri Mussad Əl-Aybanı Vaşinqtona göndərərək ABŞ administrasiyası ilə danışıqları yenidən bərpa etməyə çalışıb. Bu addım, Ər-Riyadın Donald Trampın mümkün hakimiyyətə qayıdışı fonunda ABŞ-la əlaqələri qorumaq niyyətini nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti