...

Masazırda baş verən uçqun zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 29 Noyabr 2024 21:31 (UTC +04:00)
Masazırda baş verən uçqun zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub (ƏLAVƏ OLUNUB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Masazırda uçqun nəticəsində xəsarət alanların durumu açıqlandı.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, 29 noyabr 2024-cü il tarixində saat 17:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişilər) hospitalizasiya edilib.

“1984-cü il təvəllüdlü şəxs sağ baldır nahiyəsinin əziyi diaqnozu ilə qəbul edilib. Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti kafi qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

1997-ci il təvəllüdlü digər şəxs isə döş qəfəsi və bel-oma nahiyəsinin əziyi diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir”, - TƏBİB-dən bildirilib.

xxx

19:05

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən xəbər verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.

Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti