...

Azərbaycanın əczaçılıq məhsullarının idxalına xərci azalıb

İqtisadiyyat Materials 29 Noyabr 2024 13:50 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 430 milyon 458 min ABŞ dolları dəyərində 17 min 308 ton əczaçılıq məhsulları idxal edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 51 milyon 794 min ABŞ dolları (10,7%), həcm baxımından isə 5 889 ton (25,4%) azdır.

10 ayda əczaçılıq məhsulları idxalı ölkənin ümumi idxalının 2,59%-ni təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 482 milyon 252 min ABŞ dolları dəyərində 23 min 197 ton əczaçılıq məhsulları idxal edib.

Ötən ilin 10 ayında əczaçılıq məhsulları idxalı ölkənin ümumi idxalının 3,40%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti