...

Azərbaycanda bu geyim şirkəti ləğv olunur

İqtisadiyyat Materials 29 Noyabr 2024 10:07 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“PLANET UNİFORMA” geyim şirkəti ləğv olunduğunu elan edir.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbai̇l rayonu, Üzeyi̇r Hacıbəyov küçəsi, ev 72, mənzil 10 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 2020-ci ildə "COMMERCİAL TEXTİLE 11" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. 2021-ci ildə isə MMC-nin təşkilati-hüquqi forması dəyişdirilərək indiki adını - "PLANET UNİFORMA" alıb. Nizamnamə kapitalı 5 manat olan şirkətin qanuni təmsilçisi Fərəcov Vüqar Siyasət oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti