...

Bakıda Tibbi Qiymətləndirmə Mərkəzi üçün yeni binanın inşasına başlanılır

Tender müsabiqələri Materials 29 Noyabr 2024 18:47 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi, 2 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzi üçün yeni bina inşa olunacaq.

Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, agentlik bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, əvvəlcə qeyd olunana ərazidə mövcud olan istismara yararsız inzibati bina və qurğuların söküntüsü işləri aparılacaq, daha sonra isə yeni inşa olunacaq Tibbi Qiymətləndirmə Mərkəzi, Tibbi-Sosial Ekspertiza Mərkəzi, Reabilitasiya Mərkəzi, İdman-sağlamlıq kompleksi və İnzibati binanın layihələndirmə işləri həyata keçiriləcək.

Agentlik sözügedən işlərin icrasını "CREAT COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 395 300 manat olan müqavilə bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti